Dünya futbolu

“Qalatasaray” iki oyunçusunu göndərdi – Terim açıqladı

“Qalatasaray” klubu iki futbolçusu ilə yollarını ayırıb.

Bu barədə klubun baş məşqçisi Fatih Terim açıqlama edib. Təcrübəli mütəxəssis Eren Derdiyokla, Serdar Azizin qarşıdakı planlarında olmadıqlarını bildirərək hər iki oyunçuya da uğurlar arzulayıb.

Cari mövsümdə 18 oyuna çıxan Eren Derdiyok 10 qol vurub. S. Aziz isə 15 oyunda forma geyinib və 2 dəfə fərqlənib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43