Türkiyə kubokunun 1/4 final mərhələsinin oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticənin ardından “sarı-qırmızılar” turnirlə vidalaşıb.
“Başakşəhər” isə yarımfinalda “Ankaragücü” ilə qarşılaşacaq.

