14 İyul 2026
Dünya futbolu

“Qalatasaray”dan İkardi qərarı

Mauro İkardi ilə “Qalatasaray” arasında yeni müqavilə ilə bağlı danışıqlar davam edir.

İdmanxeber.az-ın məlumatına görə, klubun argentinalı hücumçuya illik 7 milyon avro maaşla 2+1 illik müqavilə təklif etdiyi bildirilir.

Qeyd edək ki, İkardi qış transfer dövründə “Yuventus”un, mövsümün əvvəlində isə “Milan”ın transfer siyahısında yer alsa da, futbolçu karyerasını “Qalatasaray”da davam etdirmək istəyir.

Mauro İkardinin yaxın günlərdə İstanbul təmsilçisi ilə yeni müqaviləyə imza atacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43