19 İyun 2026
Dünya futbolu

“Qalatasaray”ın futbolçusu “Roma” ilə oyunda dava salıb

“Fiorentina”nın yarımmüdafiəçisi Nikolo Zaniolo İtaliya Gənclər Liqası pley-off mərhələsinin “Roma”ya qarşı oyununda insident yaradıb.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu oyunu tribunadan izləyib. Matçdan sonra o, “Roma”nın soyunub-geyinmə otağına daxil olaraq bir neçə futbolçusu ilə münaqişəyə girib.

Payaxt təmsilçisi isə bu barədə açıqlama yayıb. Bildirilib ki, Zaniolo təxribatçı davranışlar edib və iki gənc futbolçu fiziki hücuma məruz qalıb.

Zaniolo 2025-ci ilin fevralından “Qalatasaray”dan icarə əsasında “Fiorentina”ya keçib. Yarımmüdafiəçi 2018-2023-cü illərdə də “Roma”da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43