Qabriel Sara Suriya millisindən dəvət alıb
İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray”ın yarımmüdafiəçisi seçim qarşısındadır. O, Suriya milli komandası tərəfindən rəsmi dəvət alıb.
Braziliyalı futbolçunun ana tərəfi suriyalıdır.
Sara təklifi dəyərləndirmək üçün federasiyadan bir qədər vaxt istəyib.

