28 İyun 2026
Dünya futbolu

İspaniya millisində ciddi itki

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri oktyabrda DÇ-2026-nın seçmə oyunlarında İspaniya millisində oynaya bilməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, Rodri oktyabrın 3-də milliyə çağırılsa da, Premyer Liqanın 7-ci turunda “Brentford”a qarşı oyunun 19-cu dəqiqəsində aldığı zədə səbəbindən Gürcüstan və Bolqarıstanla oyunlarda iştirak etməyəcək.

Komandanın zədə ilə bağlı əlavə açıqlaması hələ yoxdur.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43