12 İyul 2026
Dünya futbolu

“Qalatasaray”ın İkardi planı hazırdı

“Qalatasaray” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Mauro İkardinin birdəfəlik keçidini həll etmək niyyətindədir. Hazırda icarə əsasında “Qalatasaray”da çıxış edən argentinalının PSJ ilə daha bir il müqaviləsi var.

Performansı ilə hər kəsin rəğbətin qazanan İkardi İstanbulda qalmağa müsbət yanaşır. Bu səbəbdən də rəhbərlik Mauro üçün Paris klubuna yayda 10 milyon avro təklif edəcək.

İkardi cari mövsüm “Qalatasaray” forması ilə 9 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43