14 İyul 2026
Dünya futbolu

“Qalatasaray”ın istədiyi futbolçunun qiyməti düşdü

“Qalatasaray”ın maraq dairəsində olan Deniz Gülün transfer dəyərində endirim edilib.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılılar”ın daha əvvəl qiymətini soruşduğu 21 yaşlı hücumçu üçün “Portu” ilkin mərhələdə 10 milyon avro tələb edib. Lakin Portuqaliya klubu qış transfer pəncərəsinin sonuna yaxın məbləği 7,5 milyon avroya endirib.

Məlumata görə, “Qalatasaray” rəhbərliyi gənc futbolçunun transferi ilə bağlı hələlik yekun qərar verməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43