14 İyul 2026
Dünya futbolu

“Real”ın sabiq futbolçusu ABŞ-da

“Real” və “Bavariya”nın sabiq futbolçusu Xames Rodriqes karyerasını ABŞ-də davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin “Minnesota” ilə razılığa gəldiyini bildirib. Tərəflər arasında yaxın günlərdə müqavilə imzalanacaq.

Kolumbiya millisinin üzvü “Real”, “Bavariya”, “Everton” və “Portu” kimi klublarda çıxış edib. O, son olaraq Meksikanın “Leon” klubunda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43