Ölkə futbolu Premyer Liqa

Qaldığımız yerdən davam: İl dəyişdi, say dəyişmir

Azərbaycan Premyer Liqasının 15-ci turunu stadionlardan izləyən azarkeşlərin sayı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, bu turda ən yaxşı göstərici ASCO Arenada qeydə alınıb. Lider “Qarabağ”ın səfərdə “Səbail”ə qalib gəldiyi (0:1) görüşü 1000 tamaşaçı izləyib.

Turun ən zəif göstəricisi “Qəbələ” – “Keşlə” matçına təsadüf edir. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmanı cəmi 200 tamaşaçı izləyib.

Ümumilikdə isə bu turda qeydə alınan azarkeş sayı 2450 olub.

XV turda qeydə alınan ardıcıllıq aşağıdakı kimidi:

“Səbail”- “Qarabağ” – 1000 tamaşaçı

“Neftçi” – “Sumqayıt” – 850 tamaşaçı

“Zirə” – “Sabah” – 400 tamaşaçı

“Qəbələ” – “Keşlə” – 200 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43