Kateqoriyasız

Əliyar Ağayev Superliqa matçını idarə etdi – Video

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən “Panatinaikos” – PAOK matçını idarə edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə baş çatıb. Ağayev, matçda hər iki komandanın bir futbolçusunu sarı vərəqə ilə cəzalandırıb.

Qarşılaşmada bir dəfə VAR-a baxdıqdan sonra “Panatinaikos”un qolunu ləğv edən Ağayev, PAOK-un da qapısına bir penalti təyin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43