Kateqoriyasız

“Qalib gəlsək də, çoxlu səhvə yol verdik” – Qurban Qurbanov

“Düşünürəm ki, hər iki komandanın azarkeşləri oyundan razı qaldılar. Nəticə bizim üçün vacib idi, amma yaxşı oynamaq da önəmlidi. İlk hissədə bir az anlaşılmazlıq olurdu. Bu da başadüşüləndi. Çünki uşaqlar çoxdandır ki, bir yerdə deyildilər. Açıq oyun getdi. Bunu bəyəndim. Yaxşı komandaya qarşı oynadıq. Stadionda ab-hava yaxşı idi. “Neftçi”yə uğurlar arzulayıram. Qalib gəlsək də, çoxlu səhvə yol verdik. Bunun üzərində işləyəcəyik. Bəzən belə də olur ki, çox qol epizodu yaradırsan, amma yararlana bilmirsən. Rəqibi və oyunun gərginliyini də nəzərə almaq lazımdı. Digər epizodlardan istifadə etdik. Bunların üzərində işləyirik. Hər bir oyunçu qol vurmaq imkanı varsa, bundan istifadə etməlidir”.

İdmanxeber.az-ın məlumatına görə,bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 8-ci turunun “Neftçi”yə qarşı keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

– Maksim Medvedev və Kevin Medina “Olimpiakos”a qarşı oynayacaq?
– Hər şey yaxşıya doğru gedir. Start heyətində yer almasalar da, oyuna hazır olacaqlar. Fiziki hazırlıq baxımından çatışmazlıqların olması mümkündü.

– Olimpiakosla görüşdə azarkeşlər sizdən qələbə gözləyir….
– Azarkeşlər bizə həmişə inanır. Hansı komanda ilə oynamağımızda asılı olmayaraq, bizdən hər zaman qələbə gözləyir. Bu, bizi daha məsuliyyətli olmağa məcbur edir. Futbolçular bunu başa düşür və biz onların etimadını doğrultmağa çalışırıq. Qalib gəlmək şansımız varsa, bundan yararlanmağa çalışacağıq

– Növbəti oyundan əvvəl sizi narahat edən nə var?
– Xüsusi narahatlıq yoxdur. Ola bilsin ki, hazırlıqda çatışmazlıq var. “Olimpiakos”un yeni baş məşqçisi var, ona görə də qarşımızda fərqli komanda olacaq. Əsas odur ki, futbolçularımız sağlam olsun. Marko Yankoviçin vəziyyəti məlum deyil. Ayağında ağrılar hiss etdi. Görək necə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43