Kateqoriyasız

“Bu gün “Qarabağ”a qarşı yaxşı oynadıq” -Laurentsiu Regekampf

“Təbii ki, nəticəyə görə üzgünük. İlk yarıda yaxşı futbol oynadıq, qol vurduq, 2-3 qol epizodu da yaratdıq. Bəzi epizodlarda daha cəld qərar verməliydik. Futbolçular başa düşməlidilər ki, oyun 90 dəqiqə oynanılır. Sona qədər oynamaq lazımdı. İkinci hissədə sadə səhvlərə yol verdik. Rəqibimizi təbrik edirəm. Amma növbəti oyunda onlara qarşı daha güclü olacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 8-ci turunun “Qarabağ”a qarşı keçirilən matçından sonra keçirilən mətbuat konfransında deyib. Rumıniyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

– Bu gün uğurlu nəticə üçün nə çatışmadı?
– İndidən bir söz deyə bilmərəm. Çünki oyunu analiz etmək lazımdı. Sadəcə olaraq, çox tez arxayınlaşdıq. “Qarabağ”a qol fürsətləri verdik.

– Əsas rəqiblərinizə uduzursunuz…
– “Sabah”la matçda qapımıza üç penalti təyin edildi. Bunlar fərqli görüşlərdi. Məncə, bu gün “Qarabağ”a qarşı yaxşı oynadıq. Futbolçularıma güvənirəm.

– Solomon Kvirkveliyanın ehtiyatda qalmasına nə səbəb olmuşdu?

– Milli komandanın düşərgəsindəydi və oyuna üç gün qalmış gəldi.Mamadu Mboc fasilə zamanı məşqlərdə yaxşı işləmişdi. Ona görə də meydana onu buraxmaq qərarına gəldim.

– “Qarabağ”a qarşı ilk dəfə oynamış oldunuz. Rəqib barədə nə deyəcəksiniz?

– İlk dəqiqələrdən “Qarabağ”a qarşı hücum futbolu oynamağa çalışdıq. Yaxşı, uğurlu epizodlar da oldu. “Qarabağ”ın güclü oyunçuları və geniş heyəti var. Müdafiədə oynamayaraq risk etmiş olduq. Bu oyun bizim üçün yaxşı dərs olmalıdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43