Gəncə Futbol Akademiyası gələn ay ərzində istifadəyə verilməsi gözlənilir.
Akademiya hələ tam hazır olmamış artıq ora rəhbər olmaq istəyənlərin də sayı az deyil.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə klubunun sabiq icraçı direktoru Cabir İbrahimov istifadəyə veriləcək akademiyaya rəhbərlik etmək istəyir. İbrahimov bununla bağlı AFFA-ya gedərək qurumun baş katibi Sərxan Hacıyevlə də görüşüb. Sabiq klub rəsmisini qəbul edən Hacıyev ona tələsməməyi tövsiyyə edib.
Qeyd edək ki, Cabir İbrahimov 2018-ci ildə klubun direktoru Cavid Əhmədovla aralarında baş verən qalmaqaldan sonra istefa vermişdi.

