05 İyul 2026
Ölkə futbolu

“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi  “Linkoln”u cavab görüşündə 4:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Hər iki qarşılaşmadakı qalibiyyət sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 14,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43