05 İyul 2026
Ölkə futbolu

“Rakuv” – “Qarabağ” oyununun hakimləri bəlli oldu

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa “Rakuv”una qarşı səfər oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Lukas Fendrixə Yonas Enri və Giyom Mer lkömək edəcəklər. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da keçiriləcək “Rakuv” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43