Dünyadan

“Qarabağ” “Braqa” ilə oyunda hansı rəngli formadan istifadə edəcək?

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” “Braqa” ilə tarixi matça çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, saat 00:00-da başlayacaq qarşılaşmada “Qarabağ” klubunun hansı rəngli forma ilə meydana çıxacağı bəlli olub. Ağdam təmsilçisi portuqallarla matçda qara rəngli formadan istifadə edəcək.

Qeyd edək ki, tərəflər arasında cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43