Kateqoriyasız

“Qarabağ” “Ferentsvaroş”la heç-heçə etdi – YENİLƏNİB

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, “atlılar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edib.

İki qolun qeydə alındıği matçda qalib müəyyənləşməyib – 1:1.

Cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun

3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan) 1:1
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)
VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)
Tofiq Bəhramov adına Respublika stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43