Kateqoriyasız

“Qarabağ” ilk yoxlama oyununa çıxır

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, “köhlən atlar”ın rəqibi Rumıniya “Botoşani”si olacaq.

Kössen stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Növbəti oyunlar iyunun 29-da olacaq. “Qarabağ” həmin gün Almaniyanın “Holştayn Kiel” və Rumıniyanın “Universitatya Krayova” komandaları ilə üz-üzə gələcək.

Yoxlama oyunu
25 iyun
19:00 Qarabağ – Botoşani

Kössen stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43