29 İyun 2026
Ölkə futbolu

“Qarabağ” La Liqa klubunun təklifini geri çevirib

“Qarabağ” Aleksey Kaşukla bağlı İspaniya klubunun təklifini geri çevirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə ukraynalı jurnalist Mixail Spivakovski paylaşım edib. O bildirib ki, La Liqa təmsilçisi “Valyadolid” futbolçunun xidmətində maraqlı olub. İspaniya təmsilçisi Kaşuku icarəyə götürmək istəsə də, Ağdam klubu buna izin verməyib.

Xatırladaq ki, 25 yaşlı oyunçunun “Qarabağ”la 2027-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43