“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki mümkün oyunun vaxtı müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Linkoln”u keçəcəyi təqdirdə, Polşa klubu “Rakuv”la iyulun 26-da qarşılaşacaq. “Köhlən atlar” ilk matçı Polşada keçirəcək.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” bu gün Bakı Olimpiya Stadionunda I təsnifat mərhələsinin cavab oyununa çıxacaqlar.

