“Bütün məqamlar təftiş prosesindən asılıdır. Təftiş prosesinin nəticələrinə uyğun olaraq daha ətraflı danışa bilərik. Stadionla bağlı göndərilmiş bütün tələbləri yerinə yetirilməsi ilə bağlı son tarix 1 avqust müəyyən edilib”.
Bu sözləri idmanxeber.az saytına Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov I və II Liqa təmsilçilərinin infrasturkturla bağlı son durumlarını dəyərləndirərkən deyib. Qurum rəsmisi daha sonra belə davam edib:
“Klublar təftişə hazır olduqları barədə PFL-ə məlumat verəcək və bütün detallara yerində baxış keçiriləcək. Məhz bütün məqamlar yerinə yetirildikdən sonra klublar liqaya buraxılacaq, əks təqdirdə digər namizəd klublara üstünlük veriləcək. Bunla bağlı klublara məlumat verilib”.

