05 İyul 2026
Dünya futbolu

Sabiq “Barselona”lı Messinin yanına gedir

“İnter Mayami” növbəti “Barselona”lını transfer etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, bu dəfəki hədəf Jordi Albadır. Transferin bugünlərdə açıqlanacağı gözlənilir.

Bekhemin komandası həmçinin Luis Suaresi də heyətinə qatmaqda maraqlıdır.

Alba 2012-cil ildən “Barselona”da çıxış edirdi. Mayda müqaviləsinə xitam verilib. O, 11 ildə 459 oyuna çıxıb və 27 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43