Avropa Liqası pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiya” oyununa bilet satışı davam edir.
İdmanxeber.az-a verilən məlumata görə, qarşılaşmaya 15 min bilet satılıb. Hazırda da satışların davam etdiyi və matç gününə qədər biletlərin tükənəcəyi gözlənilir.
Xatırladaq ki, “Qarabağ” – “Olimpiya” matçı avqustun 31-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Tərəflər arasında ilk görüş təmsilçimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

