Kateqoriyasız

“Qarabağ” Reynaldonu satmağa qərar verdi – Bir Şərtlə

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın aparıcı üzvü Reynaldoya ölkə xaricindən təkliflər var.

İdmanxeber.com-un məlumatına görə, hətta “sambaçı” üçün İspaniyanın “Sevilya” klubunun da maraq göstərdiyi bildirilir.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza bildirib ki, Reynaldoyla bağlı təkliflər var, ancaq onları qane edəcək səviyyədə deyil:

“Reynaldo kimi oyunçuya təkliflərin olması normaldı. Tələb və təklifin üst-üstə düşməsi lazımdı”.

Klubdan bildiriblər ki, yaxşı təklif qarşısında “Qarabağ” Reynaldonu sata bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43