Ölkə futbolu

“Qarabağ” – “Şerif” matçının hakimləri bəlli oldu

Oyunu makedoniyalı hakim idarə edəcək.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Avroliqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” Bakıda Moldovanın “Şerif” komandasını qəbul edəcək. Matçı Makedoniya Futbol Federasiyasından Aleksandar Stavrev idarə edəcək. Ona Maryan Kirovski və Deyan Kostadinov köməklik edəcək. Dördüncü hakim funksiyasını Dimitar Meçkarovski yerinə yetirəcək.

Qeyd edək ki, FİFA referisi Ağdam təmsilçisinin 2016/17 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Çexiyanın “Viktoriya” klubu ilə 0:0 hesablı heç-heçə etdiyi oyunda söz sahibi olub.

Stavrev eyni zamanda millimizin də oyunlarına təyinat alıb. O, Dünya Çempionatının seçmə mərhələsində səfərdə Uels yığması ilə oynadığımız qarşılaşmanı idarə edib. Həmin matçda qapımıza penalti təyin edən ədalət təmsilçisi eyni zamanda penaltiyə səbəb olan Rəşad Sadıqova ikinci sarı vərəqəni göstərək meydandan qovub.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” görüşü avqustun 30-u saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43