Kateqoriyasız

“Qarabağ” üçün ŞOK: Problemli mövqedə növbəti problem

“Qarabğ”ın futbolçusu Rahil Məmmədov sıradan çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, gənc müdafiəçi millinin düşərgəsində zədələnib.

AFFA-nın yaydığı məlumatda bildirilir ki, Azərbaycan milli komandasının bu gün səhər keçirilmiş məşqi zamanı müdafiəçi Rahil Məmmədov köhnə zədəsini yenilədiyinə görə, komandanın həkiminin rəyinə və baş məşqçinin qərarına əsasən millinin AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Uels yığması ilə keçirəcəyi oyuna yollanan heyətdən çıxarılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43