Kateqoriyasız

“Azərbaycana necə komanda olduğumuzu göstərməliyik” – “Liverpul”un futbolçusu

Xorvatiya yığmasının üzvü Deyan Lovren qarşıdakı Azərbaycanla oyun barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəıli futbolçu bunları deyib:

“İndi dünya çempionatındakı komanda kimi olmalıyıq. Avropa çempionatında olmaq istəyiriksə, Slovakiya və Azərbaycanda Xorvatiyanın kim və necə komanda olduğunu göstərməliyik. Meydanda hansı futbolçunun oynayacağı mənə maraqlı deyil, ən yaxşı formada olan futbolçu meydana çıxacaq. Rusiyadakı dünya çempionatında olduğu kimi hamımız birgə nəfəs almalıyıq”.

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 6-da Slovakiya, 9-da isə yığmamızın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43