Kateqoriyasız

“Qarabağ” uddu, “Sumqayıt” uduzdu

Birinci divizionda 23-cü tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Zaqatala” doğma meydanda “Qarabağ”ın əvəzedicilərinə məğlub olub. MOİK isə “Sumqayıt”ın ikinci komandası üzərində inamlı qələbəyə sevinib.

Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

Xatırladaq ki, birinci divizionda mövsümün qalibi artıq müəyyənləşib. “Qaradağ Lökbatan” 22-ci turda çempionluğunu rəsmiləşdirib.

 

26 aprel

Birinci divizion, 23-cü tur

“Zaqatala” – “Qarabağ-2”  -1:2
Qollar: 
Roini İsmayılov, 18 – Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 35.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu,

MOİK – “Sumqayıt-2” – 2:0
Qollar:
 Əli Əliyev, 20. İlham Allahverdiyev, 42.
Hakimlər: Rövşən Rəcəbov, Nahid Əliyev, Vüqar Bayramov, Tural Qurbanov
Binə qəsəbə stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43