“Qəbələ”nin sabiq üzvü Ekiqo Ehiosunun yeni klubunun adına aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, nigeriyalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
“Samsunspor”dan ayrılan futbolçu “Qaziantep BB” ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Leroy Corcun da “Göztəpə”dən ayrılaraq “Qaziantep BB”yə keçməsi gözlənilir.