İdman

“Qarabağ” yenə “sülh”ə razılaşdı

Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçimiz “Qarabağ” da ilk matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Albaniyada “Kukesi”nin qonağı olacaq.

Cütün favoriti “Qarabağ” sayılsa da, bugünkü matçın Ağdam klubu üçün heç də asan keçməyəcəi gözlənilir.

Qeyd edək ki, “Qarabağ”ı bu mərhələni də uğurla adlasa, növbəti turda BATE – HİK cütünün qalibi ilə qarşılaşacaq.

25 iyul

Çempionlar Liqası

2-ci təsnifat mərhələsi, ilk oyunlar

21:00. “Kukesi” (Albaniya) – “Qarabağ” (Azərbaycan) 0-0

Baş hakim: Ola Hobber Nilsen (Norveç)

Şkoder. “Loro Boriçi” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43