04 İyun 2026
Dünya futbolu

“Qarabağ”a məğlub oldu, işindən qovuldu

“Benfika” Çempionlar Liqasının ilk turunda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Brunu Laje istefaya göndərilib.

İdmanxeber.az-ın məlumatına görə, klub prezidenti Ruy Koşta qərarı təsdiqləyib.

Baş məşqçi postuna əsas namizəd Joze Mourinyodur və danışıqlara yaxın vaxtda başlanacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43