“Qarabağ”ın zədəli futbolçusu Bədavi Hüseynovun son durumu bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, təcrübəli futbolçu yaxın günlərdə məşqlərə başlayacaq. Onun sentyabrın 21-də UEFA Avropa Liqası qrup mərhələsi çərçivəsində keçiriləcək “Molde” görüşünə qədər hazır olması gözlənilir.
Xatırladaq ki, Ağdam təmsilçisi qrupda Norveç klubu ilə yanaşı, “Hakken” və “Bayer”lə birgə mübarizə aparacaq.

