16 İyul 2026
Ölkə futbolu

Qanalı hücumçu “Qəbələ”də – RƏSMİ

“Qəbələ” Avstriyanın “Zaltsburq” klubunun sabiq futbolçusu Samuel Tetteni transfer edib.

İdmanxeber.az xəbər verir ki, “qırmızı-qaralar” bu barədə rəsmi sayt vasitəsilə məlumat yayıblar.

Son klubu Türkiyə “Adanaspor”u olan qanalı hücumçu Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayıb. 27 yaşlı forvardın sözləşməsinin müddəti 2 illikdir.

Qeyd edək ki, Samuel Tette 2017-2021-ci illərdə “Zaltsburq”a məxsus olub. Qana millisinin heyətində 8 oyunda 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43