Ölkə futbolu

“Qarabağ”dan azarkeşlərə müraciət

Qarabağ” Avropa Lqasının qrup mərhələsinin üçüncü turunda “Vorskla” ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müraciətdə bildirilir:

“UEFA Avropa Liqasının qrup mərhələsinin III mərhələsində “Qarabağ”ımız oktyabrın 25-i Bakı Olimpiya Stadionunda “Vorskla”nı qəbul edəcək. Azarkeşlərimizin bu matça rahat gəlib-gedişini təmin etmək üçün ictimai dayanacaq klubumuz tərəfindən azarkeşlərin xidmətində olacaq. Azarkeşlərimiz avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl- saat 17:55-dən etibarən istifadə edə bilər”.

Qeyd edək ki, “Qarabağ”ın “Vorskla” ilə  matçına bilet satışa davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43