Kateqoriyasız

“Qarabağ”dan xal almaq çətin görünür” – sabiq “Neftçi”li

“Sabahkı oyun “Neftçi”nin bu mövsüm ən çətin sınağıdır.  Düzdür, hələ qarşıda çox görüşlər var. Ancaq “Qarabağ”la matç “ağ-qaralar”ın nə dərəcədə hazır olduğunu göstərəcək”.

Bu sözləri İdmanxebər.az saytına “flaqman”ın sabiq futbolçu Nicat Qurbanov sabah Misli Premyer Liqasının VIII tur çərçivəsində keçiriləcək “Qarabağ” – “Neftçi” qarşlaşması barədə danışarkən deyib. Millimizin sabiq üzvü iki komanda arasındakı səviyyə fərqindən də danışıb:

“Oyunun favoriti “Qarabağ”dır. Ancaq nəzərə alaq ki, 6 gündən sonra Ağdam klubunun “Olimpiakos”la çətin qarşılaşması var.  “Neftçi” bu durumdan da istifadə edə bilər. Bu iki komandanın oyunu hər zaman maraqlı olur. Bu, həm də Qurban Qurbanovla Laurensio Regekampfın ilk duelidir.

Bu gün futbolda öncədən nəsə demək olmur. Ancaq hazırda “Qarabağ”dan xal almaq çətin görünür. İki komanda arasında yetərincə səviyyə fərqi var. “Qarabağ”ın ehtiyat oyunçuları belə ilk “11-liy”ə layiq futbolçulardır. Qısacası, bizi sabah maraqlı bir matç gözləyir”.

“Qarabağ” – “Neftçi” görüşü sabah saat 18:00-da başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43