Ölkə futbolu

“Qarabağ”ı qorxutdu: “Özünün və həkimlərin dediyinə görə…”

Misli Premyer Liqasının 16-cı turu çərçivəsində “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb və 6:1 hesabı ilə qələbə qazanıb. 

İdmanxeber.az-ın məlumatına görə, matçın ilk hissəsində Ağdam klubunun futbolçusu Marko Veşoviç zədələnərək meydanı tərk edib. “Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov monteneqrolu futbolçunun zədəsinin ciddi olmadığını bildirib.. 

“Əzələsində yorğunluq hiss etdiyi anda əvəzlənməsini istədi. Özünün və həkimlərin dediyinə görə, ciddi bir şey olmamalıdı. Sabah müayinədən sonra tam biləcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43