05 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın Çempionlar Liqasında rəqibləri bilindi

UEFA Çempionlar Liqasının bu mövsümkü liqa mərhələsində iştirak edəcək 36 klubun adı dəqiqləşib.

İdmanxeber.az xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçirilir.

Monakoda yerləşən inzibati binada təşkil ediləcək tədbirə Bakı vaxtı ilə 20:00-da start verilib.

Azərbaycan çempionu “Qarabağ” püşkatmada dördüncü səbətdə yer alıb.

Azərbaycan çempionunun rəqibləri “Çelsi” və “Liverpul”, “Benfika”, “Ayntraxt”, “Ayaks”, “Napoli”, “Atletik” və “Kopenhagen” olub.

Qeyd edək ki, Çempionlar Liqasının ilk turu sentyabrın 16-18-də baş tutacaq.

Bu mövsüm final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43