05 İyul 2026
Ölkə futbolu

“Sivasspor”un futbolçusu “Sabah”da – RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, serbiyalı hücumameyilli yarımmüdafiəçi Velko Simiçin keçidi ilə bağlı Türkiyənin “Sivasspor” klubu ilə razılıq əldə edilib.

Anlaşmaya əsasən, futbolçu 1 il icarə əsasında komandamızın uğurları üçün çalışacaq.

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib. 

Velko Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.  O, “Sabah”da 21 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43