“Qarabağ”ın futbolçusu bölgə klubuna yollanıb. Söhbət Sadiq Məmmədzadədən gedir.
Gənc qolkiper “İmişli”nin düşərgəsindədir. O, komanda ilə məşqlərə qatılıb.
“İmişli”nin məşqçilər heyəti 19 yaşlı qapıçının çıxışına baxıb qərar verəcək. Məmmədzadə özü də karyerasını Premyer Liqa klubunda davam etdirmək istəyir.
Oyunçu ötən mövsüm “Qarabağ”ın heyətində cəmi bir oyunda forma geyinib.
Həsən Quluzadə / İdmanxeber.az

