21 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın koordinatoru “Qalatasaray”ın akademiyasını ziyarət etdi

“Qarabağ”ın koordinatoru Aftandil Hacıyev və U-15 komandası “Qalatasaray”ın akademiyasını ziyarət ediblər. 

İdmanxeber.az klubun mətbuatına istinadən xəbər verir ki, “Qalatasaray” akademiyasının koordinatoru Emir Kıvırçık və gənclərin inkişaf üzrə koordinatoru Orhan Atik akademiyamızın üzvlərini qəbul ediblər.

Görüş zamanı akademiyalar arasında qarşılıqlı əlaqə barədə danışıqlar baş tutub. 

Akademiyada çalışan məşqçilərin təlimi, eləcə də “Qarabağ” və “Qalatasaray”ın aşağı yaş qruplarının eyni turnirlərdə iştirakı barədə fikir mübadiləsi aparılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43