Kateqoriyasız

“Qarabağ”ın legioneri milliyə çağırıldı

“Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç ölkəsinin milli komandasına dəvət olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçinin Millətlər Liqasında Rumınya, Finlandiya və Bosniya və Herseqovinaya qarşı keçiriləcək matçlar üçün Monteneqro yığmasına çağırıldığı bildirilib.

Qeyd edək ki, Veşoviç 2021-ci ildən “Qarabağ”da, 2013-cü ildən Monteneqro millisində oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43