Bütün azərbaycanlı futbolsevərlərin diqqət mərkəzində olan axşamkı "Qarabağ" – "Kopenhagen" matçı Rusiya telekanalı vasitəsi ilə də canlı yayımlanacaq.
İdmanxeber.com-un məlumatına görə, saat 20:00-da start fiti çalınacaq, ölkəmiz adına böyük əhəmiyyət kəsb edən qarşılaşma sözügedən ölkənin "NTV Futbol 3" kanalında canlı olaraq azarkeşlərin ixtiyarına veriləcək. Bundan başqa Bakı vaxtı ilə saat 00:45-də oyunun təkrarı "NTV Futbol 2" kanalında göstəriləcək. Səhər çağı 05:30-da isə "NTV Futbol 1" kanalı "Qarabağ" – "Kopenhagen" görüşünün təkrarını yayımlayacaq.
Qeyd edək ki, "İdman Azərbaycan" ölkəmizdə qarşılaşmanı canlı işıqlandıran kanal olacaq.

