02 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın pley-offdakı potensial rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki mümkün rəqibi dəqiqləşib.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçisimiz III raundda Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, Sloveniya çempionu “Olimpiya” ilə üz-üzə gələcək.

“Köhlən atlar” pley-offa yüksəlsə, ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, HİK – “Qarabağ” matçı avqustun 17-də, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Ağdam klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43