Ölkə futbolu

“Qarabağ”ın qələbəsinə “Kəpəz” azarkeşləri də biganə qalmadı

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Samtredia" səddini aşmasına "Kəpəz" azarkeşləri də biganə qalmayıb. 

İdmanxeber.com-un məlumatına görə, komandanın fanklublarla iş üzrə əlaqələndiricisi Elmar Əliyev ümumi azarkeşlərin adı ilə öz rəsmi "facebook" səhifəsində "Qarabağ" və onun fanatlarını qazanılan qələbə üçün təbrik etməklə yanaşı, növbəti mərhələdə də uğurlar arzulayıb. Ümumiyyətlə bu gəncəli azarkeşlər tərəfindən atılan ilk belə xoş addım deyil. 

Gəncəli azarkeşlərin Ağdam təmsilçisinin ötən illər ərzində qitə miqyaslı yarışlarda qazandığı uğurları dəstəkləməsi xüsusi diqqət çəkir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43