Kateqoriyasız

“Qarabağ”ın rəqibi bu gün meydana çıxır

“Qarabağ”ın Avropa Liqasının qrup.mərhələsindəki rəqibi “Frayburq” bu gün Almaniya Bundesliqasında növbəti matçına çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, komanda 4-cü tur çərçivəsində öz meydanında “Bohum”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, “Frayburq” 3 turdan sonra 6 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43