08 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın rəqibində iki ayrılıq

UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Çelsi” heyətlə bağlı qərarını  açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı yarımmüdafiəçi Aleks Matos Çempionşip təmsilçisi “Şeffild Yunayted”ə transfer olunub. Digər gənc oyunçu Omari Kelliman isə İngiltərənin 1-ci Liqasında çıxış edən “Kardiff Siti”yə bir mövsümlük icarəyə yollanıb.

Xatırladaq ki, “Qarabağ” ÇL-in 4-cü turunda, noyabrın 4-də Bakıda “Çelsi”ni qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43