26 İyun 2026
Dünya futbolu

“Bayer” baş məşqçini göndərdi

Leverkuzenin “Bayer” klubu baş məşqçi Erik ten Haqı istefaya göndərib.

İdmanxeber.az xəbər verir ki, klubun mətbuat xidməti qərarın bu gün səhər verildiyini açıqlayıb.

Niderlandlı mütəxəssis may ayında “Bayer”in başına gətirilmişdi. Ondan öncə isə “Mançester Yunayted”i çalışdırmışdı.

Yeni mövsümdə Leverkuzen təmsilçisi Bundesliqada keçirdiyi ilk iki oyunda yalnız bir xal toplaya bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43