25 İyul 2026
Dünyadan

“Qarabağ”ın rəqibi baş məşqçisini dəyişir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi "Fiorentina"da baş məşqçi dəyişikliyi reallaşa bilər.

İdmanxeber.com-un məlumatına görə, Paulo Souzanı Stefano Pyoli əvəzləyə bilər. Yay transfer pəncərəsində lazımi işlərin görülməməsi klub rəhbərliyi ilə Souza arasında soyuq münasibətə gətirib çıxarıb. Mövsümün sonunda onun postunu tərk edəcəyi qərara alınıb. Paulo Souza karyerası ərzində "Bologna", "Parma", "Chievo" və "Sassuolo"nu çalışdırıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43