Dünya futbolu

“Qarabağ”ın sabiq oyunçusu ən yaxşı transfer seçildi

“Astana” klubu builki transferləri barədə azarkeşlər arasında sorğu keçirib. 4641 nəfərin iştirak etdiyi səsvermədə icarə əsasında “Astana”da forma geyinən Pedro hamını qabaqlayıb.

Pedro Enrike səslərin 53,72 faizini yığaraq komandanın ən yaxşı transferi olub. “Qarabağ”dan ayrılıb “Astana”ya keçən bir digər oyunçu Almeyda isə ilk üçlüyə düşə bilməyib.

“Astana”nın heyətində 19 oyun keçirən Pedro 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43